Foto cortesia della prof Terane Turan Rehimli e prof Ganira Pashayeva

La migliore risposta a coloro che vogliono gettare un’ombra sulla fratellanza azero-turca e danneggiare questi legami storici e spirituali non è quella di discutere con parole vuote. La migliore risposta è quella di aumentare il numero di azioni che siano esempio di questa fratellanza, di rispondere alle sciocchezze con azioni concrete. Voglio dire a coloro che vogliono gettare un’ombra sulla nostra fratellanza storica: mentre voi siete impegnati a scrivere parole senza senso e a creare conflitti artificiali sui social network, scienziati e personalità del mondo culturale provenienti dall’Azerbaigian, dalla Turchia e da vari paesi del mondo turco si sono riuniti e hanno tenuto un grande incontro scientifico internazionale. Sapete qual è stata l’idea principale espressa durante i due giorni del Congresso Internazionale “Ganira Pashayeva e il mondo turco: letteratura, cultura, politica e l’ideale di unità”, che si è tenuto con la partecipazione di 22 paesi? L’UNITÀ TURCA. In particolare, l’incrollabile fratellanza azero-turca, i nostri valori comuni e la determinazione a portare avanti questa fratellanza nel futuro in modo più forte, più sano e più bello. Questo congresso ha dimostrato ancora una volta che i valori che uniscono il mondo turco non sono così deboli da essere scossi da parole prive di significato scritte da un atteggiamento ostile sui social network. L’incontro di persone provenienti da 22 paesi attorno agli ideali di Ganira Pashayeva, che ha dedicato la sua vita all’unità del mondo turco e alla fratellanza tra Azerbaigian e Turchia, ne è uno degli esempi più belli. Noi diamo voce alle nostre azioni. Mentre voi cercate di gettare un’ombra sulla fratellanza, noi costruiamo ponti di fratellanza.

Mentre voi cercate di unire le persone, noi riuniamo scienziati, intellettuali e artisti provenienti da diverse aree geografiche del mondo turco attorno allo stesso tavolo. Volete scuotere… Chi e cosa volete scuotere? La fratellanza storica tra Azerbaigian e Turchia? La memoria condivisa del mondo turco? Un cuore che tiene vive due anime? O le azioni di persone che lavorano da anni per questa unità? Sappiate che la risposta alle vostre sciocchezze non è un gioco di parole sui social network.

La risposta è l’unità. La risposta è la scienza e la cultura, i progetti comuni e l’essere fianco a fianco. La risposta è agire, non parlare.

La fratellanza tra Azerbaigian e Turchia non è solo uno slogan per noi. È un grande valore che deriva dalla nostra storia e che vogliamo portare avanti nel futuro. E crediamo che il modo migliore per proteggere questo valore sia mantenerlo vivo con nuove azioni ogni giorno. Voi pronunciate le vostre parole, che rimarranno sospese nell’aria. Noi continuiamo a fare il nostro lavoro.

#FratellanzaTurca
#Azerbaigian
#Turchia
#GaniraPashayeva
#FratellanzaAzerbaigian-Turchia

Azərbaycan–Türkiyə qardaşlığına kölgə salmaq, bu tarixi və mənəvi bağları zədələmək istəyənlərə veriləcək ən gözəl cavab boş sözlərlə mübahisə etmək deyil. Ən gözəl cavab bu qardaşlığın örnəyi olan əməllərin sayını artırmaqdır, boşboğazlığa əməli işlə cavab verməkdir. Tarixi qardaşlığımıza kölgə salmaq istəyənlərə demək istəyirəm: Siz mənasız sözlər yazmaqla, sosial şəbəkələrdə süni qarşıdurmalar yaratmaqla məşğul olduğunuz bir vaxtda Azərbaycan, Türkiyə və Türk dünyasının müxtəlif ölkələrindən elm və mədəniyyət adamları bir araya gəlib böyük bir beynəlxalq elmi toplantı keçirdilər.
22 ölkənin iştirakı ilə gerçəkləşən “Qənirə Paşayeva və Türk Dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” Beynəlxalq Konqresinin iki günü boyunca səslənən əsas fikir nədir, bilirsinizmi? TÜRK BİRLİYİ. Özəlliklə, sarsılmaz Azərbaycan–Türkiyə qardaşlığı, ortaq dəyərlərimiz və bu qardaşlığı gələcəyə daha güclü, daha sağlam və gözəl şəkildə daşımaq əzmi. Bu konqres bir daha göstərdi ki, Türk dünyasını birləşdirən dəyərlər sosial şəbəkələrdə düşmən mövqedən yazılan anlamsız sözlərlə sarsılacaq qədər zəif deyil. Ömrünü Türk dünyasının birliyinə, Azərbaycan–Türkiyə qardaşlığına həsr etmiş Qənirə Paşayevanın idealları ətrafında 22 ölkədən insanların bir araya gəlməsi bunun ən gözəl nümunələrindən biridir.  Biz sözümüzü əməlimizlə deyirik. Siz qardaşlığa kölgə salmağa çalışarkən, biz qardaşlığın körpülərini qururuq.
Siz insanları qarşı-qarşıya gətirməyə çalışarkən, biz Türk dünyasının müxtəlif coğrafiyalarından alimləri, ziyalıları, sənət adamlarını eyni masa ətrafında birləşdiririk. Siz sarsıtmaq istəyirsiniz… Kimi və nəyi sarsıtmaq istəyirsiniz? Azərbaycanla Türkiyə arasındakı tarixi qardaşlığımı? Türk dünyasının ortaq yaddaşınımı? İki canı yaşadan bir ürəyimi? Yoxsa illərdir bu birlik üçün çalışan insanların əməllərinimi? Bilin ki, bu boşboğazlığınızın cavabı sosial şəbəkələrdəki söz oyunu deyil.
Cavab – birlikdir. Cavab – elm və mədəniyyətdir,  ortaq layihələrdir, bir-birimizin yanında olmaqdır. Cavab – daha çox əməl, daha az söz deməkdir.
Azərbaycan–Türkiyə qardaşlığı bizim üçün sadəcə bir şüar deyil. Bu, tariximizdən gələn və gələcəyimizə daşımaq istədiyimiz böyük bir dəyərdir. Və biz bu dəyəri qorumağın ən doğru yolunun onu hər gün yeni əməllərlə yaşatmaq olduğuna inanırıq. Siz havadan asılıb qalacaq çəkisiz sözünüzü deyin. Biz isə işimizi görməyə davam edək.

#Türkbirliği
#Azerbaycan
#Türkiye
#QənirəPaşayeva
#AzərbaycanTürkiyəQardaşlığı